Back

ⓘ Cəmiyyət



                                               

Cəmiyyət

Cəmiyyət - insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. Sözün dar mənasında isə insan tarixinin müəyyən bir mərhələsi və ya konkret sosial orqanizmdir. Cəmiyyət müəyyən qayda üzrə qurulmuş struktura malik olan bütöv bir sistemdir.

                                               

Cəmiyyət (Xocavənd)

Cəmiyyət - Azərbaycan Respublikasının Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Ninki olmuşdur. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Cəmiyyət Xocavənd rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Vaxtilə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını da dəyişdirib Ninki adlandırmışdılar. 1992-ci ildən yaşayış məntəqəsinin keçmiş adı bərpa edildi. Cəmiyyət ərıb dilində "birlik", "camaat", "yığın" deməkdir.

                                               

Cəmiyyət mühəndisliyi

Cəmiyyət Mühəndisliyi - Sosial Mühəndislik Zehin memarlığı, və ya daha kompleks bir ifadəylə "İctimai psixoloji şüur memarlığı" deyilən fəaliyyətdir. Daha çox əhalinin dar görüşlü qisminə və ya nəzərdə tutulmuş xüsusi şəxslərə qarşı həyata keçirilir. Cəmiyyət mühəndisliyi strategiya, marketinq, təlim, dini və ya başqa məqsəd güdən insanlar tərəfindən: uşaqlar, gənclər, yoxsullar, ya da qadınlar kimi daha müdafiəsiz qruplara tətbiq olunur. Bu cür təbliğat və təşkilatlar, alternativ və ya rəqib düşüncəni düşmanlaşdıra da bilər. İnsanlıq tarixindən indiyə kimi bir çox idarəedicilər və siyasət ...

                                               

Açıq cəmiyyət

Açıq cəmiyyət siyasətin, iqtisadiyyatın, sosial sferanın və mədəniyyətin liberallığından ibarət idarəçilik üsuludur. Burada hamının taleyinə birlikdə aid olan ümumi qərarlar hamının, əksəriyyətin və ya nisbi çoxluğun birgə razılığı əsasında qəbul edilir.

                                               

Müsəlman Şərqini Öyrənən Cəmiyyət

1919-cu il dekabrın 29-da Bakı Universitetinin nəzdində yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. L.A.Zimin cəmiyyətin sədri, Y.A.Belyayev sədrin müavini, Seydiyev katib, Abdulla bəy Sübhanverdixanov Divanbəyoğlu xəzinədar seçilmişdilər. Cavad bəy Rəfibəyli, general-leytenant Məmməd bəy Sulkeviç də cəmiyyətin üzvləri arasında idilər.

                                               

Cəmiyyət və Din (qəzet)

"Cəmiyyət və din" qəzeti - Azərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir.

                                               

Cəmiyyət adaları

İki qrup: Küləktutan və Küləktutmayan adalardan ibarətdir. Ən böyük adası Taitidir sahəsi 1042 km 2. Adaların çoxu vulkan mənşəlidir, mərcan rifləri ilə əhatələnmişdir. Maksimum hündürlüyü 2241 m Taiti adasında. Tropik dəniz iqlimi var. Ortaaylıq temperaturlar 20-dən 26 °C-yədəkdir. Yağıntıların illik miqdarı 1500–2500 mm. Rütubətli meşələr, tropik bitki plantasiyaları var. Fosforit çıxarılır. Sədəf və mirvari əldə edilir. Balıq ovlanır. Cəmiyyət adalarını 1767-ci ildə ingilis C. Uollis kəşf etmişdir. London Kral Cəmiyyətinin şərəfinə adlandırılmışdır.

                                               

Məhdud Məsuliyyətli Cəmiyyət

Məhdud Məsuliyyətli Cəmiyyət - bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar.

                                               

Aqrar cəmiyyət

Aqrar cəmiyyət - cəmiyyətin ilkin inkişaf mərhələsi olub, insanın fiziki qabliyyəti, əl alətləri və təbii faktorlarla təcəssüm edilir. Qərb alimləri cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərhələyə bölürlər: informasiya cəmiyyəti. aqrar cəmiyyət, sənaye cəmiyyəti Aqrar cəmiyyətdə insanlar, əsasən, heyvandarlıqla və əkinçiliklə məşğul olurdular. Aqrar cəmiyyətdə əsas rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi.

                                               

Qlobal cəmiyyət

"Cəmiyyət" istilahı gündəlik elmi dildə müxtəlif mənalarda istifadə edilir. Sosiologiya cəmiyyət haqqında elm kimi meydana gəlmişdir, yəni ictimai fikrin uzun müddət davam edən inkişafı gedişində ictimai həyatın dövlət, din və onların doğurduğu təsisat və məqsədli qruplar kimi təşkil olunmuş formaları ilə yanaşı, həm də spontan proseslərin də baş verdiyi aşkar edildikdə yaranmışdır. Onlar həm birgə yaşayış formalarını yaradır, həm də onları dəyişdirir və insanın iradəsindən asılı olmayaraq özlərinin təbii qanunları ilə idarə olunur. Bu spontan yaranan və meydana çıxan proses və formalar mü ...

                                               

Azadlıq

Azadlıq əsasən müxtəlif hallar arasında heç bir təzyiq olmadan fərdi seçim imkanıdır. Ümumi şəkildə qərar qəbul edən subyektin vəziyyətini göstərir.

                                               

Burjuaziya

Burjuaziya - kapitalist cəmiyyətinin mülkiyyətə malik olan və ondan gələn gəlirlə yaşayan sosial sinfi.

                                               

Daunşiftinq

Daunşiftinq - mexaniki sürət qutusuna malik avomobilin yüksək pillədən daha aşağı pilləyə keçirilməsi, həmçinin hər hansı prosesin yavaşıdılması və ya tormozlanması) - jarqon termini, "ozün üçün həyat", "yad və özgə məqsədlərdən imtina" həyat filosofiyasını ifadə edir. Özünü daunşifterlərə aid edənlər daimi maddi kapitalın artımından, karyera imkanlarından imtina edib özü və ya ailəsi üçün həyatı seçməyə meyilli olurlar. Klassik anlayışda daunşiftinq - "yüksək gəlir və əsəb, gərginlik" və ya "ruhi, mənəvi sakitlik, komfort və daha aşağı gəlir" arasındakı seçimdir. Adətən insanlar biznesdən ...

                                               

Dünyanın həyat keyfiyyətlərinə görə şəhərləri

Dünyanın həyat keyfiyyətlərinə görə şəhərləri - Bu göstəricilərə geniş spektr iqtisadi, sosial, mədəni və ekoloyi parametrlər aiddir. Burada şəhər təsərrüfatlarının ümumi stabilliyi, səhiyyə xidmətinin səvuyyəsi, təhsilin keyfiyyəti, nəqliyyat infrastrukturunun vəziyyəti, şəhər iqliminin və suyun təmizliyi, həmçinin mədəni-əyləncə şəbəkəsinin inkişafı nəzərdə tutulur. 2011-ci il üçün dünyanın həyat keyfiyyətlərinə görə ən yaxşı şəhəri Kanadanın Vankuver şəhəri müəyyənləşib. Bu reytinqi 23 fevral 2011-ci ildə Londonda nüfuzlu Economist Intelligence Unit tədqiqt təşkilatı elan edib.

                                               

Elitizm

Elitizm - elitanı yaradan şəxslərin - daxili keyfiyyət, yüksək intellekt, sərvət, xüsusi bacarıq və ya təcrübəyə malik insanların seçilmiş bir qrupun bütövlükdə cəmiyyət üçün daha konstruktiv olma ehtimalı və buna görə təsir göstərməyə ya da başqalarından daha böyük bir səlahiyyətə layiq olduğu inam və münasibətdir.Elitizm termini, məhdud sayda insanın əlində cəmləşdiyi bir vəziyyəti təsvir etmək üçün istifadə edilə bilər. Elitizm əleyhdarları anti-elitizm, eqitalitarizm, populizm və plüralizmin siyasi nəzəriyyəsini əhatə edir. Elit nəzəriyyə cəmiyyətdə elit təsirin sosioloji və ya siyasi ...

                                               

Ədalət

Ədalət - mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, hәmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s. buna misal ola bilər.

                                               

Hakimiyyət

Hakimiyyət - hər hansı üsulla ayrı-ayrı fərdlərin və ya qrup üzvlərinin insanların davranışına, fəaliyyətinə təsir göstərmək imkanı, müəyyən məqsədə çatması və maraqlarını reallaşdırmaq qabiliyyətidir. Hakimiyyət istənilən insan münasibətlərinin ayrılmaz hissəsidir. Cəmiyyətdə bir çox konfliktlər hakimiyyət uğrunda mübarizə üzündən baş verir, çünki fərdlərin və ya qrupların öz maraqlarını təcrübədə reallaşdırmaq imkanı hansı səlahiyyətə malik olmalarından asılıdır. Hakimiyyətin bir hissəsini qadınlara vermək üçün cəmiyyətdə səlahiyyətlərin yenidən bölünməsi, həmçinin, xarakterinin dəyişdir ...

                                               

İnsan hüquqları

İnsan hüquqları və ya İnsan haqları - insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar". İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vas ...

                                               

İnsan kapitalı

İnsan kapitalı - insanın cəmiyyətdə özünü tam realizə etmək və cəmiyyətin imkanlarından tam istifadə etmək üçün insanın biliyinin, bacarığının, əlaqələrinin, peşəkarlığının cəmi. Bu intellekt, sağlamlıq, bilik, keyfiyyətli əmək və keyfiyyətli həyat şəraitidir. İlk dəfə termin Teodor Şuls tərəfindən işlədilib, sonradan davamçısı Heri Bekker tərəfindən inkişaf etdirilib. İsbat edilib ki, insan fəaliyyətinə effektli iqtisadi baxış çox vacibdir. İlk dövrdə insan kapitalı dedikdə, insana sərf edilən investisiya başa düşülürdü. Sonradan anlayış genişləndirildi, bura insanın istehlak xərcləri - a ...

                                               

Kollektiv

Kollektiv - bir təşkilatda, müəssisədə işləyən, bir məqsəd üçün çalışan qrup, insanlar birliyi. Daha böyük anlamda ümumi maraqlar, ideyalar və tələbatla birləşən insanlar qrupu. Əmək, təhsil, hərbi, idman, bədi özfəaliyyət və sair maraq kollektivləri olur. Sistem nzəriyyəsində kollektiv dedikdə sitemin demərkəzləşdirməsində paylayıcı növlər başa düşülür.

                                               

Millətlərarası ünsiyyət dili

Millətlərarası ünsiyyət dili - çoxmillətli dövlətdə xalqlararsı ünsiyyət vasitəsi kimi istifadə edilən dil. Beynəlxalq dillərin bir və ya daha çoxundan bir ölkə daxilində istifadə edilməsi ilə fərqlənir.

                                               

Nəsil

Nəsil - başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi. Nəsil - ing. generation, ru. поколение - Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması xüsusiləşməsi sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin məsələlərin "nəsil" proseslərini təsvir etmək üçün ...

                                               

Sosial konflikt nəzəriyyəsi

Sosial münaqişə nəzəriyyəsi cəmiyyətdəki fərdlərin və qrupların konsensus əsasında deyil, ziddiyyət əsasında qarşılıqlı əlaqədə olduqlarını iddia edən bir marksist əsaslı bir sosial nəzəriyyədir. Mübahisələrin müxtəlif formaları sayəsində qruplar müxtəlif miqdarda maddi və qeyri-maddi mənbələrə nail olurlar. Daha güclü qruplar güclərini saxlamaq və daha az gücə sahib qrupları istismar etmək üçün güclərindən istifadə etməyə meyllidirlər. Konflikt nəzəriyyəçiləri münaqişəyə dəyişiklik mühərriki kimi baxırlar, çünki münaqişə bəzən həll olunan ziddiyyətlər yaradır, davam edən dialektdə yeni qa ...

                                               

Sülh

Sülh - hansısa dövlətin, böyük ərazinin əhalisinin müəyyən dövr ərzində digər dövlətlə açıq müharibə vəziyyətində olmaması zamanı. Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurması, bir-birinin milli maraqlarını uzlaşdırması və bütün bunların müqavilə ilə təsdiqləməsi nəticəsində mümkün olur. Sülh şəraiti müharibə nəticəsində pozulur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün olmur. R.Ceksonun, hesablamalarına görə 1945-ci ildən sonra dünyada cəmi 26 gün müharibəsiz keçib.

                                               

Şam işığı ayıqlığı

Şam işığı ayıqlığı - insanların xüsusi səbəb üçün dəstək göstərmək məqsədi ilə günbatımından sonra şamlarla çöldə yığışmasıdır. Belə hadisələr daha çox cəmiyyətdəki müxtəlif qrupların çəkdiyi əzablara etiraz etmək üçün və ya xəstəlik, fəlakət, qırğın və ya başqa tragediyalarda həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilir. Həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilən mərasimlər şam işığı memorialı da adlandırılır. Şam işığı ayıqlığının adətən dəvətli spikerləri olur və mərasim yerli medya tərəfindən işıqlandırılır. Spiker mərasimin başlığında mərasimi ...

                                               

Tayfa

Abulya - sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm. Tayfa sözü ərəb mənşəli isimdir, "taifə" kimi oxunur. Bu söz ərəb dilində təriqət, sekta və ya dini icmanı bildirmək üçün istifadə olunur. Ərəbcə qəbilədən böyük insan birliyinə əl-aşirə deyilir. Tayfa insanların qəbilədən böyük olan birliyidir. Tayfa üzvləri qan qohumluğu ilə bir-birinə bağlı olur, bir neçə qəbilə və fratriyaya bölünür. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial istehsal vahidi olaraq qalır. Tayfanın digər əlaməti ümumi ərazi, müəyyən iqtisadi ...

                                               

Vətəndaş

Vətəndaş – dövlət-hüquqi münasibətlər mənasında deyil, vətəndaş cəmiyyəti, vətəndaş təşəbbüsü, vətəndaşların birliyi və s. kontekstində cəmiyyətin üzvü kimi başa düşülür. Vətəndaş - müəyyən dövlətlə siyasi-hüquqi münasibətlə bağlı olan fərd. bu münasibətlərə malik olmayan digər cəmiyyət üzvlərinə nisbətən müəyyən hüquqlara və vəzifələrə malik olmağa imkan verir. Öz hüquqi statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarına və ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir.

                                               

Vətəndaş cəmiyyəti

Vətəndaş cəmiyyəti – a) dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sferadır. b) əsas insan hüquqları və azadlıqları müdafiə olunan və insanın dövlətin idarəetmə proseslərində siyasi qərarların müzakirəsində və həyata keçirilməsində fəal iştirakı ilə onlara təsir etmək imkanına malik olduğu cəmiyyətdir. Vətəndaş cəmiyyəti – cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri ...

                                               

Virtual cəmiyyət

Virtual cəmiyyət və ya İnternet-cəmiyyət – elektron fəzada yaranan və fəaliyyət göstərən cəmiyyət. Bu termin İnternetin inkişafı prosesində meydana gəlmişdir və elektron fəzada işləmək üçün umumi marağa malik istifadəçilərin bir qrupda birləşməsidir.

                                               

Bəşəriyyət

Bəşəriyyət - yer kürəsinin əhalisi, təbiətin fəal hissəsi. Bəşəriyyət nəinki biosferi öz ehtiyaclarına görə istifadə etmək, hətta onu dəyişmək qabiliyyətinə malikdir, Bəşəriyyət fəzada bir nəsilartırma dövründə azı 20 il davamlı olan bir təbəqədir. Bəşəriyyət həmçinin yer kürəsinin anadan olandan ölənə qədər mövcud olan şüurlu canlı hissəsidir. O, irq lərə, xalq lara,etnos lara və həmçinin sosial və mədəni qruplara bölünür. Bəşəriyyət fəaliyyətinin bir hissəsi mədəniyyət adlanır.

                                               

Çağdaşlaşma

Çağdaşlaşma - Tarix anlamı - ənənəvi cəmiyyətin çağdaş cəmiyyətə dönməsi, aqrar cəmiyyətin - sənayeyə. Çağdaşlaşma inkişafın tezdəşdirilməsi üçün cəmiyyətin tam ya qismən dəyişməsi prosesidir. Bir şeyin yeniləməsi, indiki vaxtın tələblərinə, spesifikasiyalarına və keyfiyyət göstəricilərinə uyğun edilməsi. Çağdaşlaşmadan keçən əsas avtomobillər, qurğular və texnoloji proseslər olur məsələn, bilgisayar çağdaşlaşması.

Çaxnaşma
                                               

Çaxnaşma

Çaxnaşma, bir affekt növü, doğru ya da yalan təhlükə ilə birgə gələn dəhşət duyğusudru. Çaxnaşmaya düşdüyü zaman insan keçirdiyi böyük qorxu nəticəsində özünü düşüncəli kontrol edə bilmir.

Ekipaj
                                               

Ekipaj

Ekipaj və ya Gəmi heyəti - hərəkət edən nəqliyyat vasitəsində birgə işi və ya tapşırığı yerinə yetirmək üçün təşkil edilmiş ierarxik stkuktura malik olan insan qrupu. Gəminin, təyyarənin, tankın və s nin şəxsi heyəti. "Ekipaj" sözü dənizçilik praktikasından gəlir.

                                               

Ən çox alkoqol qəbul edən ölkələr

Ən çox alkoqol qəbul edən ölkələr - 2010-cu ilin nəticələrinə görə Moldovanın yaşından asılı olmayaraq hər bir sakininə adambaşına il ərzində 18 litr qəbul edilmiş alkoqol düşür. Bu dünya üzrə göstəricilərdən üç dəfə çoxdur. İkinci yerdə Çexiya durur. Orada bu rəqəm 16.45 litrdir. Siyahıda üçüncü yeri Rusiya tutur. Burada il ərzində adambaşına 15.76 litr alkoqol düşür. Onluğa bu ölkələrdən başqa Ukrayna, Estoniya, Rumıniya, Sloveniya, Belarus və Böyük Britaniya daxildir.

                                               

Fərd (fəlsəfə)

Fərd, fəlsəfədə əsasən bir tək adamı təsvir etmək üçün istifadə edilən sözdür. Fəlsəfə tarixində fərd məsələsini, əvvəl Sofistlər, sonra Sokrat və Platon, daha sonra Aristotel ələ almış, müəyyən bir qaydaya görə şərh etməyə çalışmışdırlar.

Gizli səsvermə
                                               

Gizli səsvermə

Gizli səsvermə - səsvermənin iradə ifadəsinə nəzarəti kənar edən səsvermə növü. İradə ifadəsinin sərbəstliyi bülletenlər, kürəciklər, yaxud xüsusi səsvermə maşınları vasitəsilə təmin olunur. Bülleten vasitəsilə gizli səsvermə daha geniş yayılmışdır. Bu halda seçici bülleteni xüsusi otaqda, yaxud kabinədə doldurur və seçki qutusuna atır.

Hegemon
                                               

Hegemon

Hegemon - hegemoniyanı həyata keçirən şəxs, dövlət, ictimai sinif. Tarixən termin rəhbəri qeyd etmək üçün istifadə edilib. İkinci Korinf konqresində Makedoniyalı İsgəndər Korinf ittifaqının hegemonu elan edilmişdi.

Katib
                                               

Katib

Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →