Back

ⓘ İqtisadiyyat



                                               

Tenderin keçirilməsi və onun metodları

Tenderi elan etməzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir: 1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvvəqqəti işçi qrupudur. 2) Tenderin əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini özündə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir. 3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir. Tenderin keçirilməsi zamanı həmçinin müxtəlif sənədlər razılaşdırıla və sənədlər ...

                                               

Elena Kountoura

Elena Kountoura, Afina) - yunan siyasətçisi və dövlət xadimi, model. 2 iyul 2019-cu ildən bəri Avropa Parlamentinin hazırkı üzvü, indi Radikal Sol Koalisiya partiyasını təmsil edir. Məxsus olduğu partiya Avropa Birləşmiş Sol/Sol-Yaşıl Şimalın bir hissəsidir. Keçmişdə, 2015-2016-cı illərdə İqtisadiyyat, İnkişaf və Turizm Nazirliyində Turizm nazirinin müavini və 2016-2019-cu illərdə Turizm naziri olmuşdur. 2004-2007 və 2011-2019-cu illərdə Aleksis Tsiprasın birinci və ikinci kabinetlərində Yunanıstan Parlamentinin üzvü olmuşdur.

                                               

Böyük Türküstan

Türk Adının mənasıKökeni Türk millətinin tarixi az qala insanlıq,bəşər tarixi qədər qədimdir. Türklər min illərdən bəri tarix səhnəsində yer almaqdadırlar. Bu vəziyyət, alimlərin diqqətini çəkmiş və onlar Türk sözünün tarixini və mənasını araşdırmışlar. Türk adının qaynağını tapmaq məqsədilə aparılmış araşdırmalarda müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzi mütəxəssislərə görə, Türk adına ilk dəfə bizim eradan əvvəl 14-cü əsrdə "Tik" və ya "Tiklər" şəklinde rast gəlinmişdir. Bəzi mütəxəssislər isə bu adın b.ə 14-cü əsrdən öncə də var olduğunu söyləmişlər. Türklərlə bağlı biliklərin çoxu ...

                                               

Mqarr

Mqarr şəhəri eyni adlı dayaz limanın ətrafında yerləşir. Malta arasında bərə xidmətləri 1241-ci ildə istismara verilir. Bu vaxta qədər adada balıqçılıq artıq inkişaf etmişdi. Sahil bölgəsi bir neçə əsr ərzində inkişaf etsə də, limanın özü 1841-ci ilə qədər inkişaf etməmişdir. 1841-ci ildə limanı qorumaq üçün ilk dalğaqıran qurulur, daha sonra 1906-cı ilə qədər bu gücləndirilir və genişləndirilir. 1929-1935-ci illərdə daha böyük, 1969-cu ildə daha iki dalğaqıran inşa edilir. Bu tikinti başa çatdıqdan sonra liman sahəsi 121.4 min kvadratmetrə qədər artır. 21-ci əsrin əvvəllərində adada 9.3 m ...

                                               

Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsinin qadağan edilməsi haqqında Konvensiya

Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsinin qadağan edilməsi haqqında Konvensiya - iştirakçılarına biota, litosfer, hidrosfer daxil olmaqla, Yerin dinamikasını, tərkibini və quruluşunu dəyişdirmək üçün təbii proseslərin qəsdən idarə olunması yolu ilə ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsi ilə qadağan edən BMT-nin əsas sənədlərindən biri, atmosfer və ya xarici məkan.

                                               

İqtisadiyyat fəlsəfəsi

İqtisadiyyat fəlsəfəsi - rasional seçim, iqtisadi nəticələrin, qurumların və proseslərin qiymətləndirilməsi, yüksək dərəcədə idealizə olunmuş iqtisadi modellərin vəziyyəti, iqtisadi hadisələrin ontologiyası və onlar haqqında məlumat əldə etmək imkanları kimi mövzuları araşdırır. İqtisadiyyat fəlsəfəsi üçün müvafiq olaraq fəaliyyət nəzəriyyəsi, etika və ya normativ sosial və siyasi fəlsəfə və elm fəlsəfəsi kimi qəbul edilə bilən üç mövzuda faydalıdır. İqtisadi rasionallıq, rifah və sosial seçim nəzəriyyələri müvafiq fəlsəfi ədəbiyyat tərəfindən tez-tez məlumatlandırılan və fəaliyyət nəzəriy ...

                                               

Kaya Kallas

Kaya Kallas, Tallin) - Estoniyalı vəkil, siyasətçi və dövlət xadimi. Reform Partiyasının sədri. 26 yanvar 2021-ci ildən bəri Estoniyanın hazırkı baş naziri. Keçmişdə Avropa Liberallar və Demokratlar İttifaqında Avropa Parlamentinin və Estoniya Parlamentinin üzvü.

                                               

Dersim qətliamı

Dersim qətliamı və ya Dersim üsyanı 1937-1938-ci illərdə Dersimdə, mərkəzi Türk hökuməti ilə bəzi Dersim tayfaları arasında bölgənin hakimiyyəti ilə əlaqədar mübahisələr nəticəsində baş verən hadisələr. Dersimdə qəbilə üsyanı nəticəsində mütləq dövlət hakimiyyətini təmin etmək üçün Türk Silahlı Qüvvələri tərəfindən tayfalara qarşı əməliyyat təşkil edildi. Üsyançıların əksəriyyəti 1920-ci ildə Sivasın Zara və İmranlı bölgələrinə sığınan üsyançılardan ibarət idi. Əməliyyat nəticəsində bəzi mənbələrə görə bölgədə yaşayan 13.160 nəfər və 110 əsgər öldü və təxminən 12 min nəfər məcburən köçməli ...

                                               

Mia Mottli

Mia Amor Mottli, Barbados) - barbadoslu siyasətçi və vəkil, Barbadosun hazırkı Baş naziri və Barbados İşçi Partiyasının lideri. Mottli 1994-cü ildən bəri Sent Maykl şimal-şərq bölgəsi üzrə Parlament üzvüdür. 1994–2008-ci illərdə Barbados Baş prokuroru vəzifəsi də daxil olmaqla bir sıra nazir vəzifələrində çalışmış və bu vəzifəyə təyin olunan ilk qadın olmuşdur. O, eyni zamanda Amerikalararası Dialoqun da iştirakçısıdır. Mottli öncə 2008–2010, daha sonra 2013–2018-ci illərdə Barbados Məclis Məclisində iki dəfə müxalifət lideri olub. 2018-ci ildə Mottlinin BİP-ı 30 yerlə 24 may ümumi seçkilə ...

                                               

Vilhelm Libknext

Vilhelm Martin Filipp Kristian Lüdviq Libknext) - Alman inqilabçı və parlament siyasətçisi, sosial demokrat. Karl, Teodor, Otto və Vilhelm Libknextlərin atası.

                                               

Qərbi marksizm

Qərbi marksizm - oktyabr inqilabından sonra Qərbdə inkişaf edən marksizmin adıdır. Bir tərəfdən 1930-1980-ci illərdə SSRİ-dəki "real sosializmi" tənqid edən Marksizmin Stalinist şərhinə qarşı çıxan, digər tərəfdən kapitalist sistemi tənqid edən Marks və Engels irsini tənqidi şəkildə inkişaf etdirən bu cərəyan. Təsisçilər Georq Lukaç, Karl Korş, Antonio Qramşi hesab olunur. Bu istiqamət çərçivəsində iki əsas ənənə formalaşdı: "Dialektik-humanist" və "Ssientizm".

İqtisadiyyat
                                     

ⓘ İqtisadiyyat

İqtisadiyyat - istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir.

                                     

1. Tarixi

Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun e.ə-430–355 "Ev təsərrüfatı" və ya "Ev iqtisadiyyatı" deyilən əsərinin adından götürülmüş, sonra Aristotel 384–322 tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan "Oykonomiya" iki sözdən- "oykos" ev, təsərrüfat və "nomos" qayda, qanun söz birləşmələrindən yaranmışdır. Bu mənada "Ekonomika" antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə "Ekonomiks" geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində "ekonomika" ərəb dilindən alınmış "iqtisadiyyat", "iqtisad" kimi sözlərlə ifadə olunur. Lüğəti mənası da elə "ekonomika" anlayışının bildirdiyi mənaya uyğundur.

                                     

2. Bölmələri

İqtisadiyyatı öyrənmə, dərketmə baxımından yanaşdıqda o, makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat, meqoiqtisadiyyat sahələrinə bölünür. İdarəetmə baxımından da iqtisadiyyatın bu hissələrə bölgüsü əsaslıdır.

Makroiqtisadiyyat - bu, hər bir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyətin, ölkənin, milli iqtisadiyyatın ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai məhsulun məcmuu, milli gəlirin kəmiyyəti, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunmaq səviyyəsi və s. kimi problemlərin öyrənilməsi və həlli yolları araşdırılır.

Mikroiqtisadiyyat - istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarəedilməsi deməkdir. İqtisadiyyatın özəyini təşkil edən müəssisədə, firmada, şirkət və s. özəklərdə istehsalın və xidmətin daha səmərəli qurulması modelləri seçilir, az xərclə daha çox və daha keyfiyyətli məhsul buraxılmasına çalışılır. Bu dairədə istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı,tələb-təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.

Mezoiqtisadiyyat - makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı sahələr kompleksidir. Məs., aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və kooperativləşmə təşkil edir.

Aqrar-sənaye kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələrinin, bəzi istehsal vasitələri istehsal edən sənaye sahələrinin üzvi əlaqəliliyi əsas götürülür. Hərbi-sənaye kompleksində hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.

Meqaiqtisadiyyat - bu anlayış altında bütövlükdə dünya təsərrüfatı, başqa sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür.

                                     

3. Predmeti

İqtisadiyyat bütün səviyyələr və sistemlər baxımından ümumi prinsiplərə, qanunauyğunluqlara malikdir. Lakin, bu heç də dünya, regional və milli iqtisadiyyatların özünəməxsus xüsusiyyətlərini inkar etmir. Çünki, iqtisadiyyatın başlıca prinsipləri, məqsəd və funksiyaları göstərilən çərçivələrdə, xüsusilə milli iqtisadiyyat çərçivəsində reallaşa bilər. Buna görə də dünya iqtisadiyyatı və milli iqtisadiyyat iqtisad elminin öyrəndiyi sahələrdəndir.

İqtisadiyyat insan üçün yaradılmış və ona da xidmət etməlidir. Bu baxımdan hər cür iqtisadiyyatın təbii və son məqsədi insanın, cəmiyyətin tələbatını ödəməkdir. Bunun üçün iqtisadiyyatın bütün bölmələr, sahələr ilə genişlənməsi və təkrar istehsalını keçirməsi zəruridir.

İqtisadiyyat təkrar istehsalın istehsal, bölgü, mübadilə, istehlak mərhələlərini özündə üzvi surətdə birləşdirən bir sistemdir. Burada istehsalla istehlak arasındakı qarşılıqlı asılılıq və vəhdət mühüm yer tutur. Bu prosesdə bölgü və mübadilə formalarının aktiv və passiv təsirləri də özünü göstərir.

Məlumdur ki, hər cür istehsal prosesində təbiət - torpaq, kapital və əmək insan iştirak edir. Bu üç amilin üzvi vəhdəti nəticəsində istehsal prosesi baş verə bilər. Torpaq insanın əzəli qida mənbəyidir. Əmək alətləri isə insanın özünün icad etdiyi vasitələrdir. Başqa sözlə, insan təbiətə, onun predmetlərinə - torpağa, bitkiyə və heyvanat aləminə təsir göstərmək və tələbatını ödəmək üçün əmək alətləri yaratmışdır, bəsit alətlərdən daş, ox, kaman və s. başlamış o, müasir mürəkkəb alətlərə qədər böyük inkişaf yolu keçmişdir. Bu prosesdə istehsalın başlıca amili olan insanın özü də inkişaf etmiş, kamilləşmiş və nəticədə çağdaş sivilizasiyalı iqtisadiyyatın yaranmasına nail olmuşdur.

İqtisadiyyat insanların yaşayışını, həyat sürməsini təmin etmək zərurətindən yaranmışdır. Burada insan başlıca məqsəd və həlledici amildir. O, həm istehsalçı və həm də istehlakçıdır. Deməli, istehsalın fasiləsiz təkrarı və genişlənməsi də bu zərurətdən yaranır. İstehsal olunan məhsullar bölüşdürülməlidir, sonra tədavül, alqı-satqı yolu ilə istehlaka daxil olmalıdır. Bununla, sanki bütün məsələlər bitmiş olur. Elə görünür ki, bütün iqtisadi proseslər asan və rəvan bir yolla başlayır və sona çatır. Bu iqtisadiyyatın görünən tərəfləridir. Cəmiyyət həyatında isə nəyi bölmək, necə bölmək, kimə nə qədər pay vermək mürəkkəb bir iqtisadi mexanizmdir.

İqtisadiyyatın təməl prinsiplərini təşkil edən, istehsal, bölgü, mübadilə və istehlak proseslərində milyonlarla istehsalçıların, satıcıların, alıcıların maraqları əks olunur və reallaşır. Bu münasibətlərin daşıyıcıları cəmiyyətin bütün 3 dairələrində, istehsal, xidmət, idarəetmə, elm, təhsil, mədəniyyət və sairədə fəaliyyət göstərən insanlardır. Bütün bunların arasında baş verən iqtisadi münasibətlərin və onların inkişaf qanunauyğunluqlarının araşdırılması və aşkar edilməsi iqtisadi nəzəriyyənin predmeti və funksiyalarıdır. Əlahiddətlənmiş



                                     

4. Qədim və orta əsrlərdə iqtisadi fikir və təlimlər

İqtisad elmi XVIII əsrdən başlayaraq bu günümüzə qədər böyük bir inkişaf yolu keçmişdir. Müasir iqtisadi nəzəriyyələr sistemini əhatəli öyrənmək üçün bu elmin yaranması və inkişafı tarixinə bələd olmaq gərəkdir. İqtisadi fikir tarixi iqtisadiyyatın tarixi qədər qədimdir. Başqa sözlə, iqtisadiyyat iqtisadi fikrin və nəzəriyyələrin öyrəndiyi obyektdir. Əsil iqtisadi fikir və biliklər isə icma quruluşunun dağıldığı, ictimai əmək bölgüsünün, dövlətin və siniflərin yarandığı dövrdə meydana çıxmağa başlamışdır. Ümumiyyətlə, elm, biliklər cəmiyyətin daha yetkin mərhələsində, xüsusilə klassik quldarlıq dövründə yaranmışdır.

İqtisadi fikir və biliklərin meydana çıxması üçün daha yetkin iqtisadiyyatın olması zəruri idi. Belə bir iqtisadi, mədəni şərait qədim Misirdə, Babilistanda, Çində, Hindistanda, İranda mövcud olmuşdur. Hələ eramızdan 4–5 min il əvvəl qədim böyük dövlətlər və mədəniyyətlər Şərq ölkələrində - qədim şumerlərdə indiki İraq ərazisində, Misirdə, Türküstanda və s. ölkələrdə meydana gəlmiş və nisbətən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu ölkələrdə istehsalın ən qədim və əsas sahələri olan əkinçilik, heyvandarlıq, suvarma sistemi, sənətkarlıq, ticarət, şəhər mədəniyyəti daha yüksək səviyyəyə qalxmışdır. Fridrix Engels göstərir ki, Asiyanın ən qabaqcıl tayfalarında: arilərdə, semitlərdə, turanlılarda başlıca əmək sahəsi olan əkinçilik, heyvandarlıq, suvarma sistemi xeyli inkişaf etmiş, ilk ictimai əmək bölgüsü də bu ölkələrdə baş vermişdir. O, "Kapital"ın III cildinə əlavədə yazır: "Əmtəə mübadiləsi hələ heç bir yazılı tarixin mövcud olmadığı zamanlarda Misirdə bizim tarixdən azı üç və ya beş min il qabaq, Babilistanda isə dörd-altı min il qabaq başlanır".

Tarixi mənbələr göstərir ki, Qədim Şərqdə əmək bölgüsünün və bunun əsasında əmtəə mübadiləsinin erkən inkişafı pulun da bu ölkələrdə yaranmasına səbəb olmuşdur. Belə ki, Şərq ölkələrinin əksəriyyətində qaramal, qoyun və bu kimi məhsullar mübadilədə vasitəçi rolunda çıxış etmişlər. Klassik quldarlıq sisteminə əsaslanan qədim yunanlar təbiəti, cəmiyyəti və insanı öyrənən elmlərin əsasını qoymuşlar. Qədim yunan mütəfəkkirləri elmin başqa sahələrində olduğu kimi, iqtisadiyyatın öyrənilməsi və araşdırılması sahəsində də yüksək qabiliyyət nümayiş etdirə bilmişlər. Ksenofontun e.ə.430–355, Platonun e.ə.427–347, Aristotelin e.ə. 348–322 əsərlərində quldarlıq quruluşunun iqtisadi münasibətləri nəzəri baxımdan araşdırılmış və əməli tövsiyələr verilmişdir.

İlk dəfə "İqtisadiyyat" - "Oykonomiya" anlayışını elmə gətirən də onlar olmuşlar. Bununla da təsərrüfat və onun idarəedilmə qayda-qanunlarını ifadə edən iqtisadiyyat anlayışı elm tarixinə daxil olmuşdur. Əslində "Oykonomiya" sözü Ksenofontun bir əsərinin adından alınmışdır. O, bu başlıq altında qul əməyinə əsaslanan ev təsərrüfatı və onun ağıllı idarə edilməsindən danışır. Ksenofont əmək bölgüsü, peşələr üzrə ixtisaslaşmaq və bunların insanın iş qabiliyyətinə təsiri haqqında qiymətli fikirlər yürüdür. Onun əsərlərində sərvət və ondan istifadə qaydaları, əkinçilik və onun üstünlükləri haqqında fikirlər də əks olunmuşdur. Filosofun fikrinə görə əkinçilik bütün sənətlərin anası və qida mənbəyidir. Buna görə də o, əkinçilik, bağçılıq, üzümçülüklə məşğul olmağı, ən ağıllı sənət hesab edir və bu sahələrdə işləyənlərin əməyinə yüksək qiymət verir.

Antik dünyanın ən görkəmli zəkalarından biri olan Aristotel ilk iqtisadçı sayılmağa layiqdir. O, özünün çoxsaylı əsərlərində, xüsusilə "Siyasət" və "Etika" adlı əsərlərində "İqtisadiyyat" anlayışının nəzəri təhlilini verir, onun məqsəd və funksiyalarını göstərir. Onun fikrincə "İqtisadiyyat" insanın təsərrüfat fəaliyyəti dairəsidir. Bu, həyat üçün lazım olan məhsulların istehsalı zərurətindən doğan təbii təsərrüfat fəaliyyətidir. İqtisadiyyat anlayışlarına təsərrüfatın inkişaf qanunları və idarəedilmə qaydaları da daxildir. Aristotel quldarlıq quruluşunu təbii və qanunauyğun bir cəmiyyət hesab edirdi. O, qula, qul əməyinə də təbii hadisə kimi baxırdı. Aristotelin nəzərində qul əməyinə əsaslanan kiçik əkinçilik təsərrüfatları hər şeylə özünü təmin etməlidir. Lakin, tələbatın ödənilməsi üçün çatışmayan bəzi məhsulları ədalətli mübadilə yolu ilə başqalarından ala bilərlər. O, sərvətin təbii formasını da qul əməyi ilə yaradılan və pula çevrilməyən sərvət kimi təsəvvür edirdi. Beləliklə, o, qul əməyinə əsaslanan natural təsərrüfat sisteminə və onun idarə edilməsinə üstünlük verirdi. Bununla yanaşı elm tarixində ilk dəfə Aristotel əmtəə-pul münasibətlərinin mahiyyətini və qanunauyğunluqlarını araşdırmışdır. O, bir sıra əsərlərində sərvət, onun formaları, mübadilə, əmtəə, pul, qiymət, ticarət, kapital və faiz kimi kateqoriyaları nəzəri baxımdan tədqiq və təhlil edir və öz fikirlərini bildirir. Onun ən böyük xidməti əmtəənin təhlilidir. Bu yolla o, əmtəənin ikili xarakterini, istehlak dəyəri və mübadilə dəyəri olması xassələrini müəyyənləşdirmişdir.

Yeni eranın IV əsrindən başlayaraq xristian dini rəsmi dövlət dini Roma imperiyasında elan edilmişdir. Bunun nəticəsində ictimai-iqtisadi həyatın yönəldilməsi və tənzimlənməsi "Bibliya" və "İncil"in ehkamlarının təsirinə məruz qalmışdır. Heç təsadüfi deyil ki, Karl Marks Avropada orta əsrlər dövründə iqtisadi fikrin inkişaf edə bilməməsinin səbəbini katolik dininin hökmranlığı nəticəsi kimi izah etmişdir.

İlkin xristianlıqda, onun müqəddəs kitabı "İncil"də insanların əməkdə, işdə, bölgüdə bərabərliyi təbliğ olunur. İnsanlarda dözümlülük, sərvətə, var-dövlətə uymamaq fikri əsas götürülür. Xristianlıq hamının əməyinin, işinin bəhrəsi ilə həyat sürməsini vacib sayır. "İncil"də deyilir: "İşçi öz əmək haqqına layiqdir". "…başqaları əmək sərf edirlər və siz onların əməyinə şərik olursunuz". Müqəddəs Pavelin bir açıqlamasında deyilir: "Kim işləmirsə, onun dişləməyə haqqı yoxdur".

Məşhur din xadimi italiyalı rahib Foma Akvinski 1225–1274 özünün dinifəlsəfi görüşlərində cəmiyyətin təbəqələrə bölgüsünü dini ehkamlarla əsaslandırmağa çalışmışdı. O, insanların maddi və mənəvi cəhətdən aşağı və yüksək dərəcələrə, təbəqələrə bölgüsünün səbəbini ilahi qanunlarla izah etməyə çalışır. Belə bir şəraitdə o, hamını dözümlü olmağa, öz taleyi ilə barışmağa çağırırdı.

                                     

5. Ədəbiyyat

  • İzahlı iqtisadi terminlər lüğəti. 2-ci cild. "Nurlan" nəşriyyatı, Bakı, 546 səhifə., 2005.
  • N. Qrüqori Menkyu. Ekonomiksin əsasları. Amerika Birləşmiş Ştatlarında çap edilmişdir. 836 səh.
  • İzahlı iqtisadi terminlər lüğəti. 1-ci cild. "Nurlan" nəşriyyatı, Bakı, 536 səh., 2005.
  • Atakişiyev Müşfiq. Mikro və makroiqtisadiyyat. Bakı, 2010.
Ürgənc (Özbəkistan)
                                               

Ürgənc (Özbəkistan)

İndiki Ürgənci 1929-cu ilədək - Yeni Ürgənc, XVII əsrdə Amudərya çayının dəyişməsindən qaynaqlanan suyun olmaması səbəbindən doğma yurdlarından köçmək məcburiyyətində qalan Köhnə Ürgənclilər qurmuşdur. Əski Ürgənc indiki Türkmənistan ərazisində, dövlət sərhədindən çox uzaqda yerləşir. Yaşayış yerinin düzgün çağı bəlli deyil, ancaq bəzi qaynaqlara görə bu şəhərin artıq eramızın I əsrində mövcud olduğu düşünülür.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →