Back

ⓘ İqtisadi coğrafiya



İqtisadi coğrafiya
                                     

ⓘ İqtisadi coğrafiya

XVIII əsrdə Rusiyada coğrafiyanın inkişafında alimlərin də xüsusi əməyi olmuşdur. Əldə edilmış müəlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M.V.Lomonosov 1711–1765 "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbbəb oldu. Bu termini ilk dəfə Lomonosov işlətmışdir. O, həmçının Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir.

İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır. M.V.Lomonosov bu elmin inkişafının zəruriliyini göstərmiş və onun əsas istiqamətlərini vermişdir. Rusiyada iqtisadi coğrafiyanın yarandığı gündən təsərrüfatın ixtisaslaşmasının, coğrafi bölgələşmənin,ərazı əmək bölgüsüsnün tədqiqinə daha böyük yer verilmişdir.

                                     

1. İnkişafı

XX əsrin 20-ci illərindən başlayaraq keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda iqtisadi və sosial coğrafiyanın inkişafında N.N.Baranski 1881–1963, M.N.Vəliyev 1896–1943, İ.A.Vitver 1891–1966, İ.M.Mayerqoyz 1908–1975, H.B.Əliyev 1900–1982, Ə.M.Hacızadə 1920–1991, V.P.Maksakovski və başqalarının böyük xidmətləri olmuşdur.

Müasir iqtisadi və sosial coğrafiya ətraf mühitin cəmiyyətlə qarşılıqlı əlaqəsi, cəmiyyətin ərazi təşkili barədə elmdir. Bu elm həm ətraf mühiti, həm də onunla qarşılıqlı əlaqədə olan cəmiyyət problemlərini birlikdə tədqiq edir.

                                     

2. Mənbə

AMEA, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işcisi,i.e.n Eminov Z.N., Bakı şəhəri, H.Əliyev adına liseyin coğrafiya müəllimi, c.e.n Səmədov Q.M., "COĞRAFİYA ENSİKLOPEDİYASI", 2012-ci il.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →