Back

ⓘ İlham Rəhimov



İlham Rəhimov
                                     

ⓘ İlham Rəhimov

Rəhimov İlham Məmmədhəsən oğlu 14 yanvar 1951-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1970-1975 illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1975-1978 illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasında əyani aspirantı olmuş, 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını almışdır. Onun elmi rəhbəri Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının professoru, Rusiya Təhsil Nazirliyinin hüquq elmləri üzrə Baş Şurasının sədri Nikolay Aleksandroviç Belyayev 1923-2004 olmuşdur.

1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuş, 1996-cı ildə isə professor elmi adını almışdır.

                                     

1. Elmi yaradıcılığı

Əmək fəaliyyətinə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi kimi başlamış, uzun müddət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsində işləmişdir. 1982-1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik idarəsinin müdiri vəzifəsində işləmiş, Kollegiyanın üzvü olmuşdur. Həmin dövrdə İ.Rəhimov tərəfindən çoxlu sayda normativ aktlar, eləcə də qanunvericilik aktları üzrə nəticələr hazırlanmışdır.

1992-1996 illərdə Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya problemləri üzrə Elmi-tədqiqat institutunun direktoru vəzifəsində işləmişdir.

1996-2000-ci illərdə müxtəlif ali məktəblərdə hüquq fənnindən dərs demiş, eləcə də Ali Diplomatiya Kollecində indiki Avrasiya Universitetində elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.

Cinayət və islah-əmək hüququ üzrə yüzə yaxın elmi məqalələrin, eləcə də bir neçə məhkəmə və qanunvericiliyin fundamental problemlərinə həsr olunmuş monoqrafiyaların müəllifidir. Onun yaradıcılığında "İslah-əmək təsirinin nəzəri və praktiki problemləri" Bakı, 1981, "Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi" Bakı, 1987, "Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri" Bakı, 1998, "Cinayətkarlıq və cəza" Moskva, 2012, "Cinayət və cəzanın fəlsəfəsi" S Peterburq, 2013 kitabları mühüm yer tutur.

İ.M.Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi" kitabı 2014-cü ildə Azərbaycan dilində çap edilmişdir.

İ.M.Rəhimov 1992-1993 illərdə hazırlanmış məhkəmə sistemində islahatlar Konsepsiyasının ilk müəllifi olmuşdur. 1994-cü ildə isə cinayətkarlıqla mübarizə üzrə dövlət proqramını hazırlamışdır.

O, 18 aprel 2004-cü ildə Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki seçilmişdir. İlham Rəhimov bu akademiyanın akademiki adına layiq görülmüş ikinci azərbaycanlıdır.

                                     

2. Mükafat və təltifləri

1. İlham Rəhimov 2005-ci ildə Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə 2-ci dərəcəli Böyük Pyotr ordeni ilə təltif olunmuşdur. O birinci azərbaycanlıdır ki, bu ordenə layiq görülmüşdür.

2. 27 avqust 2009-cu ildə Beynalxalq Qara dəniz və Xəzər dənizi əməkdaşlıq və tərəfdaşlıq fondunun direktorlar Şurasının Fəxri üzvü seçilmişdir. Xalqlar və dinlərin bir-birinə yaxınlaşması, eləcə də cəmiyyətin inkişafında xidmətlərinə görə Beynəlxalq fondun diplom və medalları ilə təltif edilmişdir. Fondun ilk diplomu Azərbaycan alimi, professor İ.Rəhimova verilmişdir.

3. 2011-ci ildə İ. Rəhimova Azərbaycan Respublikası Prezidentinin qərarı ilə" Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilmişdir.

4. 2011-ci ildə İ.Rəhimov Fransanın" Beynalxalq İnsan hüquqları müdafiə komitəsinin” I dərəcəli ali" Aypara və ulduz” ordeni ilə təltif edilmiş və ona Beynəlxalq" Aypara və ulduz” ordeninin kavaleri fəxri adı verilmişdir.

5. Professor İlham Rəhimov 2014-cü ilin fevral ayında mərkəzi ofisi Nyu-Yorkda yerləşən Albert Eynşteyn adına Beynəlxalq Fondun laureatı adına layiq görülmüşdür.

6. İlham Rəhimov 9 mart 2014-cü ildə İstanbul şəhərində" Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondunun fəaliyyətinin inkişafına verdiyi xüsusi töhfəyə görə” mükafata layiq görülmüşdür.

7. 12 noyabr 2014-ci ildə Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Bolqarıstan Elmlər Akademiyasının "Doktor Honoris Kauza" ali mükafatı təqdim olunmuşdur.

8. İlham Rəhimov 2015–ci ildə demokratik cəmiyyət quruculuğu və hüquqi dövlət institutlarının inkişafındakı xidmətlərinə görə Femida ali hüquq mükafatına layıq görülüb.

9. 19-21 yanvar 2016-cı il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində "Qara dəniz-Xəzər regionu ölkələrində hüquq nəzəriyyəsi və praktikasının inkişafında aktual problemlər” mövzusunda beynəlxalq dəyirmi masa keçirilmiş, yekunda Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası yaradılmış və bu qurumun rəhbəri seçilmişdir.

10. 9 mart 2016-cı il tarixində Rusiya Federasiyası İstintaq Komitəsinin Akademiyasının Elmi Şurasının qərarı ilə İ.M.Rəhimov akademiyanın" Fəxri professoru” adına layiq görülmüşdür. Eyni zamanda O, Rusiya Vəkillər Gildiyasının" Vəkilliyin inkişafındakı xidmətlərinə görə” fərqlənmə nişanı ilə təltif edilmişdir.

11. 2017-ci ilin sentyabr ayında Rusiya-Azərbaycan və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə Mahmud Qaşqari adına Beynəlxalq Fondun mükafatına layiq görülmüşdür.

12 13 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə" Şöhrət” ordeni ilə təltif edilib

                                     

3. Elmi əsərlər

  • Cinayət və cəzanın fəlsəfəsi Sankt-Peterburq, 2013
  • Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri Bakı, 1998;
  • Cinayətkarlıq və cəza Moskva, 2012;
  • Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi Bakı, 1987;
  • İslah-əmək təsirinin nəzəri və praktiki problemləri Bakı, 1981;
                                     

3.1. Elmi əsərlər 1. "Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi" kitabı

"Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi" Bakı, 1987 kitabında riyazi və statistik vasitələrdən istifadə edərək proqnozlaşdırma yolu ilə, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə nail olmağın mümkünlüyünü elmi faktlarla sübut etməyə cəhd göstərilmişdir. Kitabda fərdi məhkəmə proqnozlaşdırılmasının nəzəri və metodoloji əsaslarının yaranması və inkişaf problemləri geniş şəkildə araşdırılmışdır.

                                     

3.2. Elmi əsərlər 2. "Cinayətkarlıq və kibernetika" kitabı

"Cinayətkarlıq və kibernetika" Bakı, 1995 kitabında cinayətkarlıqla mübarizə üzrə kompleks elmi-tədqiqat proqramlarının yaradılmasının aktual problemlərinə həsr edilmiş bu kitab İ.M.Rəhimov tərəfindən E.H.Həsənov, Y.S.Abdullayev, İ.A.Cavadova ilə müştərək yazılmışdır.

                                     

3.3. Elmi əsərlər 3. "Zorakı və tamah xarakterli cinayətlərin krimonoloji analizi" kitabı

"Zorakı və tamah xarakterli cinayətlərin krimonoloji analizi" Bakı, 1996 kitabında 1987-1993 illər dövründə müxtəlif xarakterli cinayət işlərinin materialları əsasında yazılmışdır. Kitab İ.M.Rəhimov tərəfindən Y.S.Abdullayev, İ.A.Cavadova, S.V.Fomina, M.R.Kazımov ilə müştərək hazırlanmışdır.

                                     

3.4. Elmi əsərlər 4. "Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri" kitabı

"Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri" kitabında cəzanın hüququ, onun anlayış və mahiyyəti araşdırılmışdır. Kitabda cəzanın obyektiv imkanları, məqsədi və səmərəliliyi şərh edilmiş, cəzanın təyin edilməsində etik kateqoriyaların əhəmiyyətinə diqqət yetirilmiş, cəzanın təyin edilməsinə təsir edən bir çox subyektiv amillər təhlil edilmişdir.

                                     

3.5. Elmi əsərlər 5. "Cinayətkarlıq və cəza" kitabı

"Cinayətkarlıq və cəza" kitabında cinayətkarlığın təbiəti və səbəbləri araşdırılmış, cinayət cəzasının mahiyyəti, formaları və növləri şərh edilmiş, cinayət cəzasının təyinində ədalətin hüdudları göstərilmiş və onun gerçəkləşdirilməsi zamanı qanunçuluğun təmin edilməsində dövlətin rolu aydınlaşdırılmışdır. Kitabda cinayət cəzasının anlayış və mənasının tarixi aspektləri əhatəli şəkildə tədqiq olunur, bu məsələyə müxtəlif məktəb və mütəxəssislərin əsas yanaşmaları təhlil edilmişdir.

                                     

3.6. Elmi əsərlər 6. "Cinayət və cəzanın fəlsəfəsi" kitabı

"Cinayət və cəzanın fəlsəfəsi" kitabında cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilmişdir. Müəllif həmçinin cinayətin mənbəyi, cəzanın mahiyyəti, cinayətkarlığın və cəzalandırmanın gələcək məsələləri haqqında öz fəlsəfi düşüncələrini kitabda şərh etmişdir.

                                     

3.7. Elmi əsərlər 7. "Cəzanın əxlaqiliyi haqqında" kitabı

"Cəzanın əxlaqiliyi haqqında" kitabında bildirilir ki, hüquq elmi cəzanı yalnız formal cəhətdən müəyyənləşdirməkdən başqa bir şeyə qadir deyildir. Bu fenomenin mahiyyəti haqqında fəlsəfi araşdırma isə onun əxlaqi tərəfinə müdaxiləyə cəhd etməyə, kateqoriyaların fəlsəfi fikir əsasında işlənib hazırlanmasına imkan verir.

                                     

3.8. Elmi əsərlər 8. "Ölməz ölüm cəzası" kitabı

"Ölməz ölüm cəzası" Sankt-Peterburq, 2017 kitabı rusca çap edilmişdir. Müəllifin bu əsərini "Cinayət və cəzanın fəlsəfəsi", "Cəzanın əxlaqiliyi haqqında" əsərlərinin davamı kimi qiymətləndirmək olar. Əvvəlki əsərlərdə cəzanın, o cümlədən ölüm hökmünün fəlsəfi mahiyyəti araşdırılırdısa da bu əsərdə müəllif problemə tarixi, dini, fəlsəfi, sosioloji və psixoloji aspektlərdən yanaşmışdır. Ölüm hökmü haqqında mülahizə yürütmək isə oxucunun öz öhdəsinə buraxılmışdır. Bu kitab 2018-ci ildə azərbaycan, alman və ingilis dillərində də nəşr edilmişdir.

                                     

3.9. Elmi əsərlər 9. "Müasir mərhələdə Rusiyada və dünyada terrorizm" kitabı

"Müasir mərhələdə Rusiyada və dünyada terrorizm" kitabı" Терроризм в России и мире на современном этапе” Rusiyanın Sant-Peterburq şəhərində "Hüquq mərkəzi" Юридический центр” nəşriyyatı tərəfindən rus dilində nəşr edilmişdir. Kitabın həmmüəllifləri – hüquq elmləri doktoru, professor Y.V.Qolik, hüquq elmləri doktoru, professor A.İ.Korobeyev və hüquq elmləri doktoru, professor D.V.Lobaçdır. Bu kitab müasir dövrdə Rusiyada və dünyada terrorçuluq, ümumi kriminoloji situasiya və bu kimi proseslərə həm siyasi, həm də hüquqi cavab tədbirlərinin hazırlanması haqqında analitik məruzədən ibarətdir.

                                     

3.10. Elmi əsərlər 10. "Qlobal transformasiyalar dövründə müasir dövlətçilik kitabı

"Qlobal transformasiyalar dövründə müasir dövlətçilik kitabı 2019-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində "Akademiya-hüquq mərkəzi" nəşriyyatında rus dilində çap edilmişdir. Kitabın həmmüəllifləri S.N.Baburin, Y.V.Qolik, Y.İ.Duk, A.İ. Korobeyevdir. Bu kitabda qeyd edilmişdir ki, bizim və əcdadlarımızın yaşadıqları dövlətlər artıq keçmişdə qalmaqdadır. Bunun yerinə isə yeni dünyadüzəni və bu qaydalara uyğun münasibətlər gəlməkdədir. Xalqların rifahı naminə bu şəraitə uyğunlaşmaq müasir dövlətçiliyin qarşısında duran zəruri tələblərdən biridir.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →